Bayden: “İranın nüvə silahına sahib olmaması üçün əlimizdən gələni edəcəyik”

Bayden: “İranın nüvə silahına sahib olmaması üçün əlimizdən gələni edəcəyik”
  • Dünya

  • BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edən ABŞ prezidenti Co Bayden ölkəsinin qəti şəkildə yeni bir soyuq müharibə istəmədiyini bəyan edib.

    Dövət başçısı bildirib ki, ABŞ-ın hərbi gücü dünyada mövcud təhdidlərə qarşı yeganə deyil, ən sonuncu cavab olmalıdır.

    Onun sözlərinə görə, bundan sonra ABŞ ölkə xaricində yalnız dəqiq və bəlli hədəflərə qarşı hərbi gücdən istifadə edəcək.

    Çıxışında İranın nüvə proqramına toxunan ABŞ prezidenti İranın nüvə silahına sahib olmaması üçün əllərindən gələni edəcəklərini bildirib.

    O, Fələstin-İsrail münaqişəsində iki dövlətli həll yolunu dəstəklədiyini qeyd edib.

    Bayden, həmçinin yoxsul ölkələrə aclıq və COVID-19-a qarşı mübarizədə yardım edəcəklərini də vurğulayıb.

    Mənbə: TRT
    PAYLAŞ:

    Oxşar xəbərlər