Fransada müsəlmanlara qarşı zorakılıq halları artıb

Fransada müsəlmanlara qarşı zorakılıq halları artıb
  • Dünya

  • Ötən il Fransada müsəlmanlara qarşı zorakılıq və təhdid hallarının sayı 52 % artıb.

    LEQAL.AZ  qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı məlumat Fransanın İnsan Hüquqları üzrə Milli Məşvərət Komissiyasının (CNCDH) rasizm, antisemitizm və ksenofobiyaya dair 30-cu hesabatında yer alıb.

    Hesabatda deyilir ki, mart ayında internet vasitəsilə sorğuda iştirak edən şəxslərin 59 %-i İslam dinini fransız kimliyinə təhdid olaraq qiymətləndirir.

    Bununla belə, sorğu iştirakçılarının 72 %-i hesab edir ki, miqrantlar Fransaya yalnızca sosial müdafiədən yararlanmaq üçün gəlirlər.

    Ümumilikdə 2020-ci ildə Fransada ksenofobiya aktlarının sayı 22 % azalıb. Belə ki, ötən il bu ölkədə yalnız 888 dözümsüzlük halı qeydə alınıb.

    Qeyd edək ki, ötən il Fransada 2019-cu illə müqayisədə antisemitizm halları 51 % azalıb. Lakin buna baxmayaraq, anti-islam hallarının sayında 52 % artım müşahidə edilib.

    Həmçinin, hesabatda qeyd olunur ki, yeni növ koronavirus pandemiyası dövründə bu ölkədə asiyalılara qarşı diskriminasiya halları əhəmiyyətli dərəcədə artıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər