Azərbaycan dövləti və xalqımız artıq yeni mərhləyə addım atdı. Bu gün ölkəmiz ən şanlı, qürurlu və fəxarət dolu günlərini yaşayır. 30 ilə yaxın sürən yurd, torpaq həsrətinə son qoyan zəfər bizi Azərbaycan Respublikasının torpaq bütünlüyünün təmin edən, işğal altındakı bütün əraziləri üzərində suverenliyinin bərqərar olunduğu o böyük günə çatdırdı. Tarixi, qədimi yaşayış məskənlərimizi Azərbaycan özünə qaytardı. Artıq müstəqil Azərbaycan Respublikasının güclü ordusu, məğrur xalqı və bütün dünyada böyük nüfuzu var. Bu uğurların qazanılmasında Azərbaycan Ordusunun, onun şəxsi heyətinin misilsiz xidmətləri danılmazdır.
Qeyd etmək lazımdır ki, II Qarabağ müharibəsində iştirak edən Azərbaycan Ordusunun bir çox gənc zabit, gizir və əsgərləri həmin ərazilərdə ilk dəfə idi vuruşurdular və ermənistan ordusu isə artıq həm coğrafiyaya çox yaxı bələd idi.Lakin buna baxmayaraq qəhraman ölkəmizin igid döyüşçülərinin qələbə əzmi, ciddi nizam-intizamı və ağıllı hərbi taktikası öz sözünü dedi. Müzəffər Ali Baş Komandanın sözlərini qeyd edərək bildiək ki, Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı müharibə aparmamışdır. Ordumuz müharibə dövründə ancaq hərbi birləşmələrə qarşı müharibə aparmış və onları məğlub edərək torpaqlarımızdan qovmuş. Qeyri-adi günlər yaşayırıq. Azərbaycan xalqı öz Prezidentinin rəhbərliyi, rəşadətli Ordusunun iştirakı ilə şanlı tarix yazd. Bu günlərin hər saatı, hər dəqiqəsi bir dastandır.
Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev münaqişənin sülh yolu ilə həllindən başqa yol yoxdur deyənlərin cavabını verdi: Var başqa yol, – dedi və dediyini etdi. Uzun illərdir status-kvonun qəbuledilməzliyini deyənlərə, amma heç bir iş görməyib işğalçının başına sığal çəkənlərə göstərdi ki, məsələni necə həll etmək olar. Ali Baş Komandanın əmri ilə döyüşə atılan müzəffər Ordumuz 30 ilə yaxın davam edən status-kvonu 30 günün içərisində dəyişdi. İndi nə status-kvo var, nə də təmas xətti. Bunu xalqımızın iradəsi ilə Ali Baş Komandan, Azərbaycan Ordusu döyüş meydanında etdi. Bir çox hərbi ekspertlər, mütəxəssislər bizim müharibəni XXI əsrin müharibəsi adlandırmışlar. Hərbi ekspertlərin fikrinə əssən Azərbaycan Silahlı Qüvvələrinin hazırlıqlı, effektli təchiz edilmiş və yüksək mənəvi ruh yüksəkliyi ilə döyüşmək qabiliyyətində olan ordusu Azərbaycanın qalib ölkə olmasına səbəb olan əsas faktordur. Cəsur ordumuz sayəsində xalqımız şanlı qəhrəmanlıq tarixini yazdı. Ölkə başçısının tapşırığı ilə azad edilmiş torpaqlarda bu gün yenidənqurma işləri aparılır, böyük infrastruktur layihələri həyata keçirilir. Azərbaycan əsgəri yüksək mənəvi keyfiyyətlərə malik olan əsgərdir və onlar verilən təlimatı yerinə yetirib əzəli torpaqlarımızı bizə qaytardılar. Prezident İlham Əliyev martın 15-də Füzuli və Xocavənd rayonlarına səfəri zamanı söyləmişdir: “Bu gün buraya bu torpaqların sahibləri kimi qayıtmışıq.Bu gün mən Müzəffər Ordumuzun Ali Baş Komandanı kimi Hadrut qəsəbəsində milli bayrağımızı qaldırdım. Bu bayraq burada əbədi dalğalanacaq.” Hadrut qəsəbəsinin azad edilməsi çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olmuşdur. Hadrut qəsəbəsinin işğaldan azad edilməsi Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün böyük əhəmiyyətə malik olan bir əməliyyat idi. Şuşa şəhərinin çox çətinliklə, sıldırımlı qayalardan, təpəliklərdən keçərək və ordumuzun əlbəyaxa vuruşaraq azad olunması xalqımız üçün necə önəmli rol oynadığını sübut edir. Ona görə Hadrut əməliyyatı dünyanın hərb elmində xüsusi yer tutacaq. Azərbaycan ordusu və ölkə rəhbərinin uğürlu siyasəti nəticəsində artıq xalqımız öz əzəli torpaqlarında daim şad yaşayacaq.Son hadisələr düşmənə də, bütün dünyaya da göstərdi ki, bu şərəfli, namuslu xalqın heysiyyəti ilə oynamaq, onu təhqir etmək olmaz. Azərbaycanın Prezidenti, Azərbaycan xalqı bunu paşinyanlara bağışlaya bilməzdi və bağışlamadı.
Bu gün öz Liderinin ətrafında yumruq kimi birləşən, misli görünməmiş həmrəylik nümayiş etdirən Azərbaycan xalqı doğma torpağı uğrunda ölüm-dirim savaşına qalxıdı.
Bu taleyüklü məqamda 10 milyon qəlb bir ürək kimi vurur. Bu, sözün əsl mənasında, Vətən müharibəsidir. Azərbaycan əsgəri öz canı-qanı bahasına düşməni Vətən torpaqlarından qovub çıxardı. Bu mərdliyi ilə Azərbaycan xalqı öz qələbəsini və qalib ordusunu nəyə qadir olduğunu, ədalətin, haqqın hər zaman sonunda zəfər çalacaqını bir daha dünyaya sübut etdi. Biz çox xoşbəxtiki, Qalib Xalqımız və Qalib Ordumuz var. Möhtəşəm tarix yazan ordumuza eşq olsun..!
Dilgüşə Məmmədova,
Masallı rayonu Mololon kənd sakini