“Xəzər TV”nin baş direktoru Murad Dadaşovun telekanaldan ayrılması haqda xəbərlər yayılıb.
LEQAL.AZ xəbər verir ki, “Xəzər TV”nin mətbuat xidmətindən oxu.az-a bildirilib ki, yayılan məlumatlar əsassızdır:
“Murad Dadaşov hazırda işinin başındadır”.
Qeyd edək ki, Murad Dadaşov 5 mart 2020-ci il tarixindən “Xəzər TV” baş direktoru vəzifəsinə təyin olunub.