Yoluxma sayı azalır

Yoluxma sayı azalır
  • Cəmiyyət

  • Ölkədə koronavirusa yolxumada rəqəmlər azalsa da, yumşalma barədə danışmaq hələ tezdir.

    LEQAL.AZ trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkimi Vəfa Ağayeva deyib. Onun sözlərinə görə, rəqəmlər hələ də kifayət qədər az deyil: "Həm də bu barədə ehtiyac yanarsa, rəsmi qurumlar bu haqda məlumat verəcək".

    V.Ağayeva ölkədə virusun yolxuma sürətinin və ölənlərin sayının çox olması barədə də danşıb: "Bəlli olduğu kimi, artıq Azərbaycanda da koronavirusun Britaniya ştammı aşkarlanıb və demək ki, yayılması da var. Bu səbəbdən də yoluxma sayı çox ola bilər. Ölənlərin sayının isə çox olması o səbəbdəndir ki, vətəndaşlar xəstəxanalara vəziyyətləri ağır olduqdan sonra müraciət edirlər".

    LEQAL.AZ

    PAYLAŞ:

    Oxşar xəbərlər