Aprelin 17-si Azərbaycan İdman Könüllüləri ictimai birliyinin və Mingəçevir Turizm Kollecinin birgə təşkilatçılığı ilə "Xarakter" mövzusunda onlayn seminar keçirildi.
İctimai Birlikdən LEQAL.AZ-a bildiriblər ki, Psixoloq Xuraman Qənbərova xarakter və temperament haqqında məlumat verərək onların oxşar və fərqli cəhətləri haqqında məlumat verdi.
Qeyd etdi ki, xarakterin formalaşmasında əqidə və mühitimizlə yanaşı, seçimlərimizin və verdiyimiz qərarların da təsiri var.
Seminar xarakter və temperament tiplərinin xüsusiyyətlərinin müzakirəsi ilə davam etdi.
Sonda könüllülərin sualları cavablandırıldı.