Azərbaycan Prezidenti: “Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik, bu, tarixi hadisədir”

Azərbaycan Prezidenti: “Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik, bu, tarixi hadisədir”
  • Cəmiyyət

  • “Mən sizin hamınızı Novruz bayramı münasibəti ilə təbrik edirəm. Bütün Azərbaycan xalqına can sağlığı, xoşbəxtlik arzulayıram”.

    Bunu Şuşada Cıdır düzündə Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva ilə Novruz tonqalı yandıran Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

    Dövlət başçısı deyib ki, bu il biz Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik: “Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Hər il Novruz bayramı ərəfəsində hamımız yəqin ki, fikirləşirdik, bir-birimizə deyirdik, inşallah, gələn il Novruz bayramını Qarabağda qeyd edək, gələn il Novruz bayramını Şuşada qeyd edək və bu gün gəldi. 28 ildən sonra biz Şuşaya qayıtdıq. Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etmişik".

    PAYLAŞ:

    Oxşar xəbərlər