Türkiyədə koronavirusa yoluxanların sayı artdı

Türkiyədə koronavirusa yoluxanların sayı artdı
  • Cəmiyyət

  • Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 73 nəfər ölüb.

    LEQAL.AZ xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

    O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 18 912 nəfər COVID-19 infeksiyasına yoluxub.

    Bu gün 17 161 nəfər sağalıb, ağır xəstə sayı isə 1 484 olub.

    Qeyd edək ki, Türkiyədə indiyədək 2 930 554 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 2 752 023 nəfər sağalıb, 29 696 nəfər isə ölüb.

     
    PAYLAŞ:

    Oxşar xəbərlər