Daha bir neçə kənddə şəhidlərin adına küçə verildi

Daha bir neçə kənddə şəhidlərin adına küçə verildi
  • Cəmiyyət

  • Ağcabədi rayonunda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi davam edir. Ağcabədi rayon İcra Hakimiyyəti başçısı  Rafil Hüseynov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, media mənsubları Şərəfxanlı kəndində Murad Əsədov, Qaraxanlı kəndində Nurlan Quliyev,Ceyhun Məmmədov, Rövşən Allahverdiyev, Kəhrizli kəndində Tariyel Salmanov, Arasbar kəndində Ceyhun Hüseynov, Elsevər Piriyev, Sarvanlar kəndində Həsən Quliyev, Yuxarı Qiyaməddinli kəndində Sahil Məmmədov və Azər Əliyevin xatirəsinin əbədiləşdirilməsinə həsr edilən mərasimdə iştirak ediblər. Şəhidlərin adlarına verilən küçələrin girişində onların portretləri və tərcümeyi-hallarını əks etdirən lövhələr də vurulub.Mərasim zamanı rayon rəhbəri, kənd sakinləri, şəhidlərin ailə üzvləri çıxış etmiş, onların ruhuna dualar oxunmuşdur.  Xatirə lövhələrinin qarşısına tər çiçək dəstələri düzülmüşdür
    PAYLAŞ:

    Oxşar xəbərlər