“Bir lideri başqalarından ayırd edən xüsusiyyəti insanları bölmək yerinə, bir araya gətirməkdir”.
LEQAL.AZ publika.az-a istinadən xəbər verir ki, bunu Pakistanın Baş naziri İmran Xan tvitter hesabında yazıb.
Fransa prezidenti Emmanuel Makronun İslam və müsəlmanları hədəf alan açıqlamalarını sərt reaksiya ilə qarşılayan baş nazir Makronun bununla Avropa və dünyadakı milyonlarla müsəlmanın duyğularına hücum etdiyini bildirib: “Daha çox qütbləşmək dünyanın istədiyi və arzuladığı ən son şeydir. Cəhalətə əsaslana ictimai açıqlamalar daha çox nifrətə, İslamafobiyaya və radikallığa meydan verilməsinə səbəb olacaq”.
Qeyd edək ki, E.Makron Dağlıq Qarabağ münaqişəsində ermənipərəst mövqe sərgilədiyi və Azərbaycana qarşı açıqlamalar verdiyi üçün türk dünyasının hədəfinə çevrilib.