İƏT bəzi fransız məmurların İslam dini ilə bağlı açıqlamalarına münasibət bildirib

İƏT bəzi fransız məmurların İslam dini ilə bağlı açıqlamalarına münasibət bildirib
  • Siyasət

  • İslam Əməkdaşlıq Təşkilatı (İƏT) bəzi fransız məmurların Fransa-İslam münasibətlərinə zərər vuran açıqlamalarını təəccüblə qarşılayır. Məhəmməd Peyğəmbər haqqında təhqiramiz karikaturaların davamlı şəkildə dərc olunması fonunda İslam Əməkdaşlıq Təşkilatı din pərdəsi altında törədilən terror aktlarını pislədiyini bir daha bəyan edir, həmçinin ifadə azadlığı adı altında dini simvolların təhqir edilməsinə dair hər hansı əsaslandırmanı rədd edir.
    LEQAL.AZ  xəbər verir ki, İƏT-in rəsmi “Twitter” səhifəsində yerləşdirilən açıqlamada təşkilat istər İslam, istər Xristianlıq, istərsə də Yəhudi dini peyğəmbərlərinin məsxərəyə qoyulmasını pisləməyə davam edəcəyini bildirib.
    İƏT İslamı və müsəlmanları terrorla əlaqələndirməyi qəti şəkildə pisləyir, müsəlman cəmiyyətlərini hədəf alan və dünyada yaşayan 1,5 milyarddan çox müsəlmanın duyğularını təhqir edən qərəzli siyasətə yenidən baxılmasına çağırıb.
    Din pərdəsi altında törədilən bütün terror aktlarını birmənalı şəkildə qınayan İƏT-in Baş katibliyi bir müddət əvvəl Fransa vətəndaşı Samuel Petinin vəhşicəsinə qətlə yetirilməsini pisləyib.


    PAYLAŞ:

    Oxşar xəbərlər