Azərbaycan Rusiyadan 300 000 doza “Sputnik V” vaksini alacaq

Azərbaycan Rusiyadan 300 000 doza “Sputnik V” vaksini alacaq
  • Cəmiyyət

  • Baş nazir Əli Əsədo "Dərman vasitəsinin idxalı barədə" sərəncam imzalayıb. 

    LEQAL.AZ-ın məlumatına görə, sərəncama əsasən,  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Rusiya Federasiyasının “HUMAN VACCINE” MMC Şirkəti arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair təchizat Sazişinə əsasən 300 000 (üç yüz min) doza “Sputnik V” dərman vasitəsinin Azərbaycan Respublikasına idxalı 180 (yüz səksən) gün müddətində həyata keçirilsin.

     Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu Sərəncamdan irəli gələn məsələlərin həllini təmin etsin.
    PAYLAŞ:

    Oxşar xəbərlər