Türkiyəli mütəxəssislərlə ölkəmizdə heyvan sağlamlığı və baytarlıq nəzarəti ilə əlaqədar müzakirə aparılıb

Türkiyəli mütəxəssislərlə ölkəmizdə heyvan sağlamlığı və baytarlıq nəzarəti ilə əlaqədar müzakirə aparılıb
  • Cəmiyyət

  • Qida Təhlükəsizliyi Agentliyində Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndələri ilə görüş keçirilib.

    Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən LEQAL.AZ-a verilən məlumata görə, görüşdə heyvan sağlamlığı və yoluxucu heyvan xəstəlikləri ilə mübarizə tədbirləri sahəsində birgə əməkdaşlığın perspektivləri müzakirə olunub.

    Respublikanın baş dövlət baytarlıq müfəttişi, Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Qalib Əbdüləliyev ölkəmizdə heyvan sağlamlığı və baytarlıq nəzarəti sahəsindəki vəziyyətlə əlaqədar təqdimatla çıxış edib. Eləcə də, agentliyin fəaliyyət istiqamətləri, ölkə ərazisində baytarlıq nəzarəti, mövcud qanunvericiliyin tələbləri və həyata keçirilən layihələrlə bağlı fikir mübadiləsi aparılıb.

    Görüşdə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndə heyətinə ölkəmizdə baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə əlaqədar görülən işlər barədə məlumat verilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər