Qida Təhlükəsizliyi Agentliyi tərəfindən istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən LEQAL.AZ-a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Ağdam rayonunun Quzanlı qəsəbəsi, H. Əliyev prospektində fəaliyyət göstərən, fiziki şəxs Kamalzadə Hafiz Ramiz oğluna məxsus “Şır-şır kafe” ictimai iaşə müəssisəsində yoxlama keçirilib.
Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ hüquqi aktların tələblərinə cavab vermədiyi, qida məhsullarının saxlanma rejiminə, mal qonşuluğu prinsipinə əməl olunmadığı, işçilərin şəxsi gigiyena qaydalarına riayət etmədiyi aşkar edilib. Eyni zamanda müəssisədə çalışan işçilərin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi, qida məhsullarının minimum keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlərin olmadığı müəyyən edilib.
Aşkar edilmiş nöqsanlarla əlaqədar olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.