İraqda həbsxanada və uşaq evlərində olan 248 azərbaycanlı uşaq ölkəyə gətirilib

İraqda həbsxanada və uşaq evlərində olan 248 azərbaycanlı uşaq ölkəyə gətirilib
  • Cəmiyyət

  • İraqdan Azərbaycan vətəndaşlarının ölkəmizə repatriasiyası istiqamətində ölkə rəhbərliyinin tapşırığı ilə 2017-ci ildən başlanılmış təxliyə prosesi 2020-ci ildə də davam etdirilib.

    LEQAL.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

    “Bu yöndə İraq hökuməti ilə aparılmış davamlı işin nəticəsi olaraq, İraq həbsxanalarında, uşaq evlərində yaşayan ümumilikdə 2018-ci ildən hesabat dövrünün sonunadək 248 nəfər azyaşlı (yalnız 2020-ci ildə isə 194 nəfər azyaşlı) Azərbaycan Respublikasının vətəndaşı olan uşaqlar ölkəmizə repatriasiya edilərək, müvafiq reabilitasiyadan sonra ölkəmizdəki yaxınlarının himayəsinə verilib”, - deyə hesabatda qeyd olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər