“Bizimlə heç kimsə təkəbbürlə “ya biz deyən olmalı, ya da heç nə” deyə tələb edə bilməz”.
LEQAL.AZ unikal.org-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi nümayəndəsi İbrahim Kalın “Bloomberg”ə müsahibəsində bildirib.
Onun sözlərnə görə, Rusiya istehsalı olan “S-400” zenit raket kompleksini əldə etdiyi üçün ABŞ-ın Türkiyəyə təzyiqlərinin əks-nəticəsi də ola bilər:
“Bizimlə heç kim təkəbbürlə “ya biz deyən olmalı, ya da heç nə” deyə tələb edə bilməz. Belə münasibət bizi başqa istiqamətə yönəldər”.
Qeyd edək ki, Türkiyə 2017-ci ildə Rusiyadan “S-400” alıb. ABŞ və NATO-dakı bəzi müttəfiqləri hesab edir ki, Türkiyə bununla Alyansın təhlükəsizliyini təhdid edir.