Xəzər dənizində dalğanın hündürlüyü 6 metrə çatıb

Xəzər dənizində dalğanın hündürlüyü 6 metrə çatıb
  • Cəmiyyət

  • Milli Hidrometeorologiya Xidmətinin martın 7-si saat 19:00-a olan məlumatına əsasən, səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, güclü şimal-qərb küləyi əsir.

    Xidmətdən LEQAL.AZ-a bildiriblər ki, küləyin maksimal sürəti Salyan, Neftçalada 28, Tərtərdə 25, Qəbələdə 24, Naftalanda 23, Nabran, Quba, Ağstafa, Beyləqan, Xaçmazda 20, Biləsuvar, Balakəndə 18, Hacıqabul, Yardımlı, Ağdamda 16, Şəkidə 15, Maştağa, Bakıda 35, Qum adasında 33, Sumqayıtda 30, Neft Daşlarında 29, Ələt, Pirallahıda 28, Çilov adasında 26, Binədə 24 metr/saniyəyədək güclənib.

    Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 6 metrə çatıb.

    Quba, Xaltan, Şabranda yağış, Xaçmaz, Qusar, Şahdağda qar yağır.
    PAYLAŞ:

    Oxşar xəbərlər