FHN : Xızıda qarlı havada yolda qalan minik avtomobili xilasedicilər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb VİDEO

FHN : Xızıda qarlı havada yolda qalan minik avtomobili xilasedicilər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb  VİDEO
  • Cəmiyyət

  • Martın 7-də gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə Xızı rayonunun Qızılqazma kəndində 2 nəfərin “VAZ”" markalı minik avtomobilində qarlı-şaxtalı hava şəraitində yolda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Nazirliyin mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

    Yanğınsöndürən-xilasedicilər tərəfindən görülmüş operativ tədbirlər nəticəsində avtonəqliyyat vasitəsi təhlükəsiz əraziyə çıxarılaraq hərəkəti təmin olunub.

    PAYLAŞ:

    Oxşar xəbərlər