Sülhməramlılar erməni qadınlara çiçək bağışladı - FOTO

Sülhməramlılar erməni qadınlara çiçək bağışladı - FOTO
  • Cəmiyyət

  • Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir.

    LEQAL.AZ modern.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin bu günkü açıqlamasında deyilir.

    "Laçın dəhlizi boyunca mülki nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək üçün tapşırıqları yerinə yetirərkən müşahidə məntəqələrində olan rus hərbçilər Dağlıq Qarabağ sakinlərinə çiçəklər təqdim etdilər və onları qarşıdan gələn Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdilər", - deyə nazirlikdən bildirilib.

    Qeyd olunub ki, 27 müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər:

    "Atəşkəs bütün təmas xəttində müşahidə olunur.

    Rus sülhməramlıları, vətəndaşların daimi yaşayış yerlərinə qayıtmalarını, mülki nəqliyyat vasitələrinin hərəkətini, ərzaq və müxtəlif malların Laçın dəhlizi ilə daşınmasını təmin edirlər".

    Qeyd edək ki, Rusiya Federasiyası Prezidentinin, Azərbaycan Respublikası Prezidentinin və Ermənistan Respublikası Baş nazirinin birgə bəyanatında göstərilən müqavilələrə uyğun olaraq, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00:00-dan etibarən Dağlıq Qarabağdakı bütün hərbi əməliyyatlar dayandırılıb və atəşkəs elan edilib.

    Rusiya Federasiyasının sülhməramlı kontingenti atəşkəsə və hərbi əməliyyatlara nəzarət etmək üçün Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilib. 



    PAYLAŞ:

    Oxşar xəbərlər