Energetika Nazirliyində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

Energetika Nazirliyində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib
  • Cəmiyyət

  • Energetika Nazirliyində 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Dövlət idarəçiliyində Azərbaycan qadınlarının yeri və rolu” mövzusunda onlayn formatda tədbir keçirilib.

    Energetika Nazirliyindən LEQAL.AZ-a verilən məlumata görə, əvvəlcə “Ümummilli lider Heydər Əliyev - Azərbaycan qadını barədə” adlı videoçarx nümayiş etdirilib. Energetika Nazirliyinin Aparat rəhbəri Zaur Məmmədov çıxış edərək qadınları təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb. Qadınların ölkəmizin iqtisadiyyatında və dövlət quruculuğundakı rolundan danışaraq, onların ölkənin mədəni, elmi-pedaqoji, səhiyyə, energetika və s. kimi sahələrdə öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərini vurğulayıb. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev ölkə həyatının bütün sahələrində gender bərabərliyinin qorunmasına xüsusi önəm vermiş və qadınların hərtərəfli fəaliyyətinə geniş imkanlar yaratmışdır. Bu gün həmin siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində Azərbaycan qadınlarının ölkənin həm ictimai, həm də siyasi həyatdakı fəallığı daha da artır. Qeyd edilib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli və səmərəli fəaliyyəti qadınlar üçün parlaq nümunədir və onun geniş ictimai-siyasi xidmətləri dünya səviyyəsində Azərbaycan qadınının müsbət obrazının formalaşmasında əvəzsiz rol oynayır.

    Sonra Energetika Nazirliyinin gender məsələləri üzrə məsul şəxsi, müşavir Xalidə Məsimova, “Sahibkar Qadınlar” İctimai Birliyinin sədri Zemfira Ağayeva və “Gender Hub Azərbaycan” platformasının təsisçisi Məryəm Məcidova çıxış edərək, bayram münasibətilə bütün qadınları təbrik ediblər. Tarix boyu Azərbaycan qadınlarının müdrikliyi və qəhrəmanlığı ilə parlaq səhifələr yaratdığı, dövlətçiliyə, cəmiyyət quruculuğuna dəyərli töhfələr verdiyi qeyd edilib, təhsil, səhiyyə, sənaye, energetika və digər sahələrdə fəaliyyət göstərən qadınlarımızın əməyi, qazandığı uğurlar yüksək qiymətləndirib.

    Tədbirin sonunda qadınların ictimai-siyasi sahədə, dövlət idarəçiliyində rolu və fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

    PAYLAŞ:

    Oxşar xəbərlər