Alimlərdən nikbin proqnoz: havalar isindikcə koronavirusun aktivliyi azalacaq

Alimlərdən nikbin proqnoz: havalar isindikcə koronavirusun aktivliyi azalacaq
  • Cəmiyyət

  • LEQAL.AZ “MedicForum” saytına istinadla xəbər verir ki, amerikalı tədqiqatçılar yoluxma dərəcəsinin hava temperaturundan asılılığını araşdırıb və istilik artdıqca koronavirusun aktivliyinin azaldığını müəyyən ediblər.

    “SARS-CoV-2” adi mövsümi xəstəliklərin alqoritm aktivliyinə tamamilə uyğun gəlir. Alimlər artıq nikbin proqnoz verirlər: yazda koronavirusun aktivliyi azalacaq, hətta, ola bilsin ki, tamamilə yox olsun.

    Tədqiqatçılar Şimal yarımkürənin əlli ölkəsində xəstələnmə səviyyəsini müşahidə etdikdən sonra belə nəticəyə gəliblər.

    Bu, rəqəmlərdə belə görünür: ətrafdakı temperaturun 1 dərəcə artdığı təqdirdə virusun aktivliyi eyni dərəcədə azalır. Amma temperaturun bir dərəcə aşağı düşməsi isə, yoluxma sürətini təxminən 4 faiz artırır.(azərtac)
    PAYLAŞ:

    Oxşar xəbərlər