Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir əsgərinin nəşi tapılıb.
LEQAL.AZ-ın məlumatına görə, müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu, 1998-ci il təvəllüdlü Bəxtiyar İlqar oğlu Aslanovun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib.
B.Aslanovun nəşi ailəsinin istəyi ilə Goranboy rayon, Balakürt kənd qəbristanlığında dəfn olunub.
Allah rəhmət eləsin!