Neçə yaşınadək uşaqlar maska taxmamalıdır? - AÇIQLAMA

Neçə yaşınadək uşaqlar maska taxmamalıdır? - AÇIQLAMA
  • Cəmiyyət

  • “Beş yaşa kimi uşaqlar maskadan istifadə etməməlidirlər”.

    LEQAL.AZ-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.

    Onun sözlərinə görə, maskadan düzgün istifadə etmək lazımdır:

    “Maskanın üz tərəfinə əlimizi vurub, sonra üzünə toxunacaqsa, bu zaman virusa yoluxacağıq. 5 yaşa qədər uşaq kontingentinə bunu izah etmək çətin olur. Bunun üçün onlar maskadan istifadə etməməlidir. 6-11 yaş arası uşaqlara müəyyən izahedici söhbətlər aparmaqla, onlara maskanı taxdırmaq mümkündür. Maska düzgün istifadə edilsə, effektiv nəticə ola bilər”.

    “Təhsil müəssisələrində yuxarı sinifdə oxuyan məktəblilərin maska taxması məcburidir. Məktəbəqədər və kiçik siniflərdə maska taxılması valideynin öhdəliyinə verilir. Peşə, orta ixtisas məktəblərində, eləcə də ali məktəblərdə bu məcburidir”, - deyə o əlavə edib.(oxu.az)
    PAYLAŞ:

    Oxşar xəbərlər