Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov kollektivə təqdim olunub.
ANAMA-dan LEQAL.AZ-a bildiriblər ki, Vüqar Süleymanovu kollektivə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov təqdim edib.
Xatırladaq ki, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla Vüqar Süleymanov ANAMA-nın İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.