DOST mərkəzlərinə gün ərzində rekord sayda müraciət qeydə alınıb

DOST mərkəzlərinə gün ərzində rekord sayda müraciət qeydə alınıb
  • Cəmiyyət

  • Fevralın 1-də 1 və 2 saylı Bakı DOST mərkəzlərində rekord sayda vətəndaş müraciəti qeydə alınıb. Həmin gün 1 saylı Bakı DOST Mərkəzində 1043, 3 saylı Bakı DOST Mərkəzində 1236, 2 saylı Bakı DOST Mərkəzində 516 nəfər vətəndaşa xidmət göstərilib. Üç DOST mərkəzinə müraciət edən ümumi vətəndaşların sayı 2795 nəfər təşkil edib.

    Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən LEQAL.AZ-a verilən məlumata görə, müraciətlərin 62,72 faizi sosial müdafiə, 15, 56 faizi bank xidmətləri, 9,84 faizi əlillik, 9,09 faizi məşğulluq, 1,93 faizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə dair arayışlar verilməsi, 0,54 faizi notarius xidmətləri və 0,32 faizi əmək münasibətləri ilə əlaqədar olub. Sosial müdafiə xidmətləri isə pensiya, sosial müavinətlər, sosial sığorta və sosial xidmət kimi sahələri əhatə edib.

    Xidmətlərdən yararlanan vətəndaşların məmnunluq səviyyəsi 97 faizdən çox olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər