Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi və Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib.
LEQAL.AZ xəbər verir ki, bu barədə Agentliyin “Twitter” səhifəsində məlumat yerləşdirilib.
Müraciətdə sakinlərdən naməlum və şübhəli əşyalara toxunmamaq, xüsusilə uşaqlardan tanımadıqları əşyalara əl vurmamaq və dərhal aidiyyəti üzrə 102 Xidməti - Zəng Mərkəzinə məlumat vermək xahiş olunur.