Tehrana uçan “Türk Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsi istiqamətini dəyişərək Bakıya doğru hərəkət edib.
apa“RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İmam Xomeyni adına hava limanının mətbuat xidməti açıqlama yayıb.
“Pis hava şəraiti ilə əlaqədar olaraq “Türk Hava Yolları” şirkətinə məxsus təyyarənin pilotu təyinat yerini Bakıya dəyişib. Təyyarə hava şəraiti sakitləşdikdən sonra Tehrana qayıdacaq”, - deyə açıqlamada qeyd olunub.
İstanbul-Tehran marşrutu ilə hərəkət edən və istiqamətini dəyişdirərək Bakıya uçan təyyarə yerli vaxtla saat 00:05-də (Bakı vaxtı ilə 00:35-də) İran paytaxtına enməli idi. Söhbət “Türk Hava Yolları” şirkətinin TK874 reysindən gedir.