FHN Səbail rayonunun 20-ci sahə adlanan ərazidə torpaq sürüşməsinin baş verməsi barədə yeni məlumat yayıb - FOTO

FHN Səbail rayonunun 20-ci sahə adlanan ərazidə torpaq sürüşməsinin baş verməsi barədə yeni məlumat yayıb - FOTO
  • Cəmiyyət

  • Fövqəladə Hallar Nazirliyi (FHN) paytaxtın Səbail rayonunda 20-ci sahə adlanan ərazidə baş verən torpaq sürüşməsi barədə yeni məlumat yayıb.

    FHN-in mətbuat xidmətindən LEQAL.AZ-a verilən məlumatda qeyd edilib ki, yanvarın 28-də saat 21:05-də FHN-in 112 - qaynar telefon xəttinə 20-ci sahə adlanan ərazidə avtomobil yolunda torpaq sürüşməsinin baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə nazirliyin aidiyyəti qurumlarının nümayəndələri, eləcə də xilasedicilər cəlb edilib, lazımi təhlükəsizlik tədbirləri görülüb, müvafiq dövlət orqanları məlumatlandırılıb.

    Ərazidə mövcud vəziyyətlə yerində tanış olmaq məqsədilə yanvarın 29-da səhər saatlarında nazir müavini Ragim Lətifov və FHN-in aidiyyəti vəzifəli şəxsləri, o cümlədən mütəxəssisləri hadisə yerində olublar.

    Qeyd edək ki, sürüşmənin dünən eyni vaxtda Xəzər dənizində baş vermiş kifayət qədər güclü zəlzələ ilə əlaqədar olduğu ehtimal edilir. Sürüşmə zonasından müəyyən məsafədə yaponiyalı mütəxəssislərlə birgə işlənilmiş layihə əsasında nazirlik tərəfindən dərinliyi 30, diametri 3,5 metr olan üç drenaj quyusu qazılıb, istinad divarları çəkilərək terraslama işləri aparılıb. Bunun nəticəsi olaraq işlərin başa çatdığı ərazidə heç bir sürüşmə hadisəsi baş verməyib.

    Dünənki sürüşmə layihənin davam etdiriləcəyi ərazidə baş verib.

    Məlumatda bildirilib ki, layihə hələ yekunlaşmadığından və ərazidə stabilləşmə prosesləri baş vermədiyindən lokal sürüşmə hadisələri hələ də gözlənilir. Vəziyyət tam nəzarət altındadır.

     
    PAYLAŞ:

    Oxşar xəbərlər