Yanvarın 28-də saat 12 radələrində Azərbaycan Respublikasının vətəndaşı 1987-ci il təvəllüdlü̈ Ələkbərov Elgün Mahmud oğlu Tərtər rayonunun işğaldan azad olunmuş̧ ərazisində traktorla yer şumlaması işləri apararkən tank əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Tərtər Rayon Prokurorluğundan LEQAL.AZ-a daxil olan məlumata görə, prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.