Ceyranların ən çox populyasiyası Şirvan Milli Parkında müşahidə olunur. Şirvan Milli Parkında reintroduksiya prosesi yaxşı getdiyinə və müsbət nəticələr əldə olunduğuna görə, Acınohur çölünə də ceyranların buraxılışı təşkil olunub. Bu yaxınlarda 20 baş ceyran Acınohur çölünə buraxılıb və onların ümumi sayı 260-ı keçib.
LEQAL.AZ xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı” verilişində nazirliyin Bioloji müxtəlifliyin qorunması xidmətinin rəisi Firuddin Əliyev deyib.
O bildirib ki, ceyran populyasiyasının Şirvan Milli Parkından digər milli parkların ərazilərinə keçirilməsi ilə ceyranların sayının nisbətən çoxaldılması da nəzərdə tutulur.