Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin pirotexniklərdən ibarət qrupu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları ilə birlikdə işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatını davam etdirir.
FHN-in mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, birgə fəaliyyət nəticəsində bu günədək ümumilikdə təqribən 9 hektardan artıq sahədə axtarış işləri aparılıb, 3 hektar sahə fərdi axtarışla tamamilə təmizlənib. Bu müddətdə 340 mina və 3 partlamamış sursat aşkarlanaraq müvafiq qaydada zərərsizləşdirilib. Minalardan 195-i piyada, 145-i isə tank əleyhinə olandır.