Yanvarın 22-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Gürcüstan xarici işlər naziri David Zalkaliani arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən LEQAL.AZ-a bildiriblər ki, nazir Ceyhun Bayramov gürcü həmkarının eyni zamanda Gürcüstan baş nazirinin müavini vəzifəsinə təyin edilməsi münasibətilə səmimi təbriklərini çatdırıb və ona fəaliyyətində uğurlar arzu edib.
Nazirlər bölgədəki son vəziyyəti, eləcə də ikitərəfli münasibətlərin gündəliyinə daxil olan müxtəlif sahələrdə əməkdaşlıq perspektivləri üzrə fikir mübadiləsi aparıblar.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.