DİN sosial şəbəkələrdə nazirliyin adından saxta səhifə və profillər yaradılması halları ilə bağlı məlumat yayıb

DİN sosial şəbəkələrdə nazirliyin adından saxta səhifə və profillər yaradılması halları ilə bağlı məlumat yayıb
  • Cəmiyyət

  • Son günlər Daxili İşlər Nazirliyinin (DİN) adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillər yaradan, işlədən, o cümlədən özünü polis əməkdaşı kimi təqdim edən şəxslərin sayı artmaqdadır. Belə profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.

    LEQAL.AZ xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

    Məlumatda qeyd olunub ki, həmin səhifə və profillərdə polisin fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir, vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır.

    “Ona görə də sosial şəbəkə izləyicilərinə saxta səhifə və profillərdən istifadə etməməyi tövsiyə edirik.

    İctimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi, polis-vətəndaş və polis-media münasibətlərinin daha da yaxşılaşdırılması məqsədilə Daxili İşlər
    Nazirliyinin sosial şəbəkələrdə yaradılmış rəsmi səhifələri fəaliyyət göstərir.

    Vətəndaşlar DİN-in rəsmi www.mia.gov.az saytından "Facebook", “İnstagram”, "Twitter", "YouTube" və “Telegram” hesablarına keçid işarə düymələrindən istifadə etməklə, yaxud aşağıdakı linklər vasitəsilə həmin səhifələri bəyənməklə və abunə olmaqla məlumatları əldə edə bilərlər:

    Facebook - https://www.facebook.com/polisazerbaycan/

    Instagram – https://www.instagram.com/polisazerbaycan/

    YouTube - https://www.youtube.com/polisazerbaycan

    Twitter - https://twitter.com/polisazerbaycan

    Telegram – https://t.me/polisazerbaycan
    PAYLAŞ:

    Oxşar xəbərlər