Tarix Muzeyində 20 Yanvar şəhidlərinin əşyaları qorunur

Tarix Muzeyində 20 Yanvar şəhidlərinin əşyaları qorunur
  • Cəmiyyət

  • Milli Azərbaycan Tarixi Muzeyində 20 Yanvar hadisələri ilə bağlı tarixi əşyalar qorunur.

    LEQAL.AZ-a muzeydən bildirilib ki, həmin gecənin qanlı olaylarını əyani şəkildə nümayiş etdirən fotoşəkillər, sənədlər, şəhidlərin şəxsi əşyaları əhalidən toplanaraq pasportlaşdırılır və muzeyin fondlarında saxlanılır.

    Hazırda bir çox tarixi sənədlər, fotoşəkillər, Qanlı Yanvar günlərində çap olunmuş qəzetlər və çoxsaylı şəhidlərə məxsus eksponatlar toplanıb.

    Bütün bunlar qəhrəmanlıq tariximizin muzeydə qorunan nümunələridir və Azərbaycan tarixinin hüznlü və eyni zamanda, şərəfli səhifələrini işıqlandıran eksponatlar kimi daim təbliğ edilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər