İsveçin paytaxtı Stokholmda 20 Yanvar faciəsinin növbəti ildönümünə həsr olunan anım tədbiri keçirilib.
LEQAL.AZ xəbər verir ki, əvvəlki illərdən fərqli olaraq, bu il tədbir İsveçdə pandemiya qanunlarına əsasən həmyerlilərimizin kiçik qrup şəkilində iştirakı ilə baş tutub.
Anım tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, 20 Yanvar və Vətən müharibələri şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə iştirak edən həmvətənlərimiz Azərbaycan xalqının öz ərazi bütövlüyü, milli təfəkkürü uğrunda apardığı mübarizə dolu bir gecədə yaşanılan dəhşətləri, acı fəryadları yada salaraq, xalqımızın qəhrəmanlıqla qazandığı azadlığımız uğurundakı mübarizədən ətraflı danışıb. Çıxışçılar bildirib ki, 20 Yanvar dəhşətləri xalqımızın yaddaşına və müstəqillik tarixinə qanla yazılmış acı səhifədir.