Naxçıvanda 20 Yanvar faciəsinin 31-ci ildönümü yad edilib - FOTO

Naxçıvanda 20 Yanvar faciəsinin 31-ci ildönümü yad edilib - FOTO
  • Cəmiyyət

  • Yanvarın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qanlı Yanvar faciəsində həlak olanların və şəhidlərin əziz xatirəsini yad etmək üçün Naxçıvan şəhərindəki Şəhidlər xiyabanına gəlib.

    LEQAL.AZ xəbər verir ki, Ali Məclisin Sədri xiyabandakı Ana abidəsinin önünə əklil qoyub, şəhidlərin xatirəsinə ehtiramını bildirib.

    Tarixi qələbəmiz, müstəqil və qüdrətli Azərbaycan şəhidlərimizin ruhuna ehtiramın ən yüksək ifadəsidir. 20 Yanvar isə qəhrəmanlıq tariximizin başlanğıcıdır. Nə qədər ki, Azərbaycan var, şəhidlərimizin xatirəsi də əbədi yaşayacaqdır.

    Həmin gün saat 12:00-da muxtar respublikada şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Naxçıvan Muxtar Respublikasının rayon mərkəzlərində də 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı tədbirlər keçirilib.

    Sonra Dövlət Himni səslənib.



    PAYLAŞ:

    Oxşar xəbərlər