Filarmoniyada 20 Yanvar faciəsinin qurbanlarına həsr olunmuş matəm konserti keçirilib - FOTOLAR

Filarmoniyada 20 Yanvar faciəsinin qurbanlarına həsr olunmuş matəm konserti keçirilib - FOTOLAR
  • Cəmiyyət

  • LEQAL.AZ-ın məlumatına görə, Yanvarın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında 20 Yanvar faciəsinin qurbanlarına həsr olunmuş matəm konserti keçirilib.

    Proqramda V.A.Mosart, N.Əliverdibəyov, T.Quliyev, C.Villiam, Q.Qarayev, C.Perqolezi, Q.Fore və H.Xanməmmədovun əsərləri səsləndirilib.

    “ÜNS” yaradıcılıq səhnəsinin solisti, Əməkdar artist Akşin Abdullayev bildirib: “Azərbaycan xalqına qələbə yaraşır. Pandemiyaya görə ötən il nə qədər çətin keçsə də Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı Ordumuz bizə Qələbə sevinci yaşatdı. Şəhidlərimizin qanı yerdə qalmadı.

    Mən bu gün 20 Yanvarla bağlı tədbirimizdə Tofiq Quliyevin “Azərbaycan” mahnısını ifa etdim. Sənətkarın müharibə illərində bəstələdiyi bu mahnıda insanların saf duyğuları, vətənə məhəbbəti tərənnüm olunur, onlarda ruh yüksəkliyi yaranır. Qeyd edim ki, bu əsərin adı əvvəlcə “Rusiya” olub. Ancaq bizim görkəmli sənətkarımız Azər Zeynalovun təşəbbüsü ilə mahnının sözləri və adı dəyişdirilərək “Azərbaycan” adlandırılıb. Belə bir əsərə Azərbaycan adı verilməsi olduqca təqdirəlayiqdir. Çünki bu mahnı o qədər gözəldir ki, Azərbaycana yaraşır”.

    Tədbirdə, həmçinin Azərbaycan Milli Konservatoriyasının nəzdində olan Respublika İncəsənət Gimnaziyası şagirdlərinin əl işlərindən ibarət kiçik rəsm sərgisi də nümayiş olunub.

    Qeyd edək ki, konserti “Mədəniyyət” kanalı vasitəsilə yanvarın 20-si, saat 15:20-də izləmək mümkün olacaq.

     


    PAYLAŞ:

    Oxşar xəbərlər