Xocavəndin 22 yaşlı qəhrəmanının doğum günü məzarı önündə qeyd olundu - FOTO

Xocavəndin 22 yaşlı qəhrəmanının doğum günü məzarı önündə qeyd olundu - FOTO
  • Cəmiyyət

  • Bu gün Vətən müharibəsi şəhidi Ziyəddin Xanalıyevin doğum günüdür.

    “Report”un Muğan bürosunun məlumatına görə, onun anadan olmasından 22 il ötür.

    Şəhidin doğum günü ailə üzvləri və yaxınları tərəfindən onun məzarı önündə qeyd edilib.

    Xanalıyev Ziyəddin Ariz oğlu 1999-cu il yanvarın 16-da Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub.

    O, orta təhsilini qonşu Təzəkənd kənd orta məktəbində alıb. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini layiqincə yerinə yetirən Ziyəddin sonra mülki gəmidə işləməyə başlayıb.

    O, 27 sentyabr 2020-ci il tarixində Vətən müharibəsi başlayanda könüllü olaraq Azərbaycan Ordusu sıralarına qatılıb. Düşmən tapdağı altında olan torpaqlarımızın erməni işğalından azad olunması uğrunda həyata keçirilən bir sıra uğurlu hərbi əməliyyatlarda fəal iştirak edib. Ziyəddin Xanalıyev ağır döyüşlərdə belə, şücaətlər göstərib. O, sonuncu dəfə Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olub.

    Şəhidimizin nəşi noyabrın 19-da Biləsuvar rayonuna gətirilərək Ağalıkənd qəbiristanlığında torpağa tapşırılıb.

    Ziyəddin Xanalıyev göstərdiyi şücaətlərə görə Ali Baş Komandan tərəfindən “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə (ölümündən sonra) təltif edilib.

    Allah rəhmət eləsin!

    Vətən sağolsun!






    PAYLAŞ:

    Oxşar xəbərlər