Karantin postlarından icazəsiz keçməyə cəhd göstərən 1751 nəqliyyat vasitəsi geri qaytarılıb

Karantin postlarından icazəsiz keçməyə cəhd göstərən 1751 nəqliyyat vasitəsi geri qaytarılıb
  • Cəmiyyət

  • Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhər və 12 rayonda quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin (DİN) hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.

    DİN-in mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, yanvarın 15-də nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 1751 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb. Eləcə də ölkə üzrə karantin rejimi qaydalarını pozan 4 nəfər barəsində inzibati həbs, 2645 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub.

    Eyni zamanda, ev şəraitində müalicə təyin edilən 8 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə saxlanılaraq evə qaytarılıb. Onlar barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

    DİN vətəndaşlardan izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət olunmasını xahiş edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər