Bakının küçələri yenidən dezinfeksiya edilib

Bakının küçələri yenidən dezinfeksiya edilib
  • Cəmiyyət

  • Dövlətimizin başçısının Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda epidemiyaya qarşı görülən işləri daha da genişləndirib.

    LEQAL.AZ xəbər verir ki, paytaxtda koronavirusla (COVID-19) bağlı mövcud vəziyyət nəzərə alınaraq, yanvarın 16-da səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları bu il ikinci, ölkədə pandemiyaya qarşı tədbirlərin əvvəlindən isə iyirminci dəfə əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2 min əməkdaşının iştirakı ilə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirirlər.

    Gün ərzində paytaxtın həm mərkəzi, həm də qəsəbə və yaşayış massivlərindəki küçələrində dezinfeksiya işləri aparılacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər