İranlı idmançı Əhməd Bağırpur 2017-ci ildə Ermənistanda keçirilən karate çempionatında qazandığı qızıl medalı karateçi olan Artur Sukiasyan ailəsinə bağışlayıb.
LEQAL.AZ-ın məlumatına görə, bu barədə İranın Ermənistandakı səfirliyi məlumat yayıb.
Artur Sukiasyan 2020-ci ilin sonunda Qarabağ müharibəsi zamanı məhv edilib.
“Artur Sukiasyan və Əhməd Bağırpur bir neçə beynəxlalq yarışlarda iştirak edib və dosluq münasibəti saxlayıb”, – deyə məlumatda qeyd olunur.(konkret)