“Whatsapp” istifadəçilərinin bütün mesajları hələ də şifrələnmə ilə qorunur, nə Messencer, nə də Feysbuk istifadəçiləri şəxsi zəng və mesajlarını görmür.
LEQAL.AZ-ın məlumatına görə, bu barədə “Whatsapp” rəhbəri Uil Ketkart Tvitterdə yazıb.
“Biz bəzi şayiələri dağıtmaq istəyirik. 100 faiz əmin olun ki, biz sizin şəxsi mesajlarınızı şifrələnmənin köməyilə qorumağa davam edirik”, – Ketkart bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Votsap istifadəçilərinin məlumatlarının Feysbukla paylaşılacağı bildirilmişdi.