AMEA Humanitar və İctimai Elmlər Bölməsinin mətbuat xidməti məlumat yayıb.
LEQAL.AZ xəbər verir ki, məlumatda deyilir:
“AMEA Fizika İnstitutunda aparılmış yoxlamaları şərh edən saytların və müəlliflərin nəzərinə
Nəzərə almağınız lazımdır ki:
1. AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli texniki və təbiət elmləri sahəsini yox, humanitar və ictimai elmlər istiqamətini təmsil edir.
2. Tanışlıq məqsədi ilə 2020-ci ilin sentyabr-oktyabr aylarında AMEA-nın Molekulyar Biologiya, Fizika və Seysmologiya İnstitutlarında keçirilmiş tədbirlərdə AMEA-nın prezidentinin rəhbərliyi ilə bütün vitse-prezidentlər: İsa Həbibbəyli, İbrahim Quliyev, Rasim Əliquliyev, Tofiq Nağıyev, İradə Hüseynova və akademik-katib Əminağa Sadıqov iştirak etmişlər. Bu barədə AMEA-nın “Elm” qəzetində və saytında ətraflı məlumat verilmişdir.”