Daha bir qazi ailəsi özünüməşğulluq proqramına cəlb edilib

Daha bir qazi ailəsi özünüməşğulluq proqramına cəlb edilib
  • Cəmiyyət

  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və Vətən müharibəsi iştirakçıları ilə bağlı dəstək tədbirləri davam edir. Nazirlikdən LEQAL.AZ-a bildirilib ki, bu günlərdə nazirlik əməkdaşları müharibədə yaralanmış Hüseynzadə İman Vahid oğlunun ailəsini də ziyarət ediblər.

    Beyləqan rayonunda yaşayan ailə İmanın özü, valideynləri, qardaşı, həyat yoldaşı və azyaşlı övladından ibarətdir. Ailənin istifadəsində əkin üçün pay torpağı var. İmanın qardaşı müddətdən artıq hərbi qulluqçudur. Dəstək tədbiri olaraq qazinin atası növbədənkənar özünüməşğulluq proqramına cəlb olunub. Onun üçün proqram çərçivəsində heyvandarlıq təsərrüfatı yaradılacaq.

    Qazinin özünün müalicə müddəti bitəndən sonra əlilliyi qiymətləndiriləcək və əlillik təyin olunduğu halda müvafiq sosial ödənişlər alacaq. Ünvanlı sosial yardım proqramına dair qanunvericilik, sosial yardımın alınması üçün müraciət proseduru barədə ailəyə məlumat verilib. Qazi ailəsinin yaşayışı diqqətdə saxlanacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər