Konstitusiya Məhkəməsinin növbəti iclası olub

Konstitusiya Məhkəməsinin növbəti iclası olub
  • Cəmiyyət

  • LEQAL.AZ xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

    Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1193-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

    Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 2-nə təyin edilmiş iclasında baxılacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər