Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova Azərbaycanın şanlı 44 günlük İkinci Qarabağ döyüşlərinin şəhidləri — Hişkədərə kəndində leytenant Zaur Hüseynov, əsgər İbrahim Lələyev, Boradigah qəsəbəsində əsgər İbrahim Rükabzadə, Kolatan kəndində əsgər Əli Quliyev, Banbaşı kəndində əsgər Elmir Akifzadə, Təzə Alvadı kəndində əsgər Sənan Səlimov, Qızılağac kəndində əsgər Əlisa ƏliyevSərçuvar kəndində əsgər Səməndər İsgəndərov və Xıl kəndində əsgər Elgün Mikayıllının ailəsi ilə görüşmüşlər.
LEQAL.AZ-ın bölgə müxbirinə bildiriblər ki, görüş zamanı şəhidlərlə bağlı xatirələr bölüşülüb və rəsmilər şəhid ailələrini narahat edən məsələlərlə maraqlanıblar.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Masallı rayon rəhbərliyinə və İctimai Birliyin sədrinə dərin minnətdarlıqlarını bildirmişlər.