Çay içənlərə xəbərdarlıq: Hər gün içdiyiniz çay sağlamlığınıza necə təsir edir?

Çay içənlərə xəbərdarlıq: Hər gün içdiyiniz çay sağlamlığınıza necə təsir edir?
  • Cəmiyyət / Maraqlı

  • Çox çay içənlərin diqqətinə!

    Bəzi insanlar çay içdikdən sonra özlərini pis hiss edə bilərlər.

    "Leqal"xəbər verir ki, rusiyalı tibb elmləri namizədi İrina Berejnaya bu barədə xəbərdarlıq edib.

    Onun sözlərinə görə, çay istehlakı tərkibindəki yüksək dozada kofein səbəbindən orqanizmdə xoşagəlməz reaksiyalara yol aça bilər.

    “Çayda qəhvəyə nisbətən dörd dəfə çox kofein var. Təbii kofein adətən orqanizm tərəfindən yaxşı qəbul edilsə də, bəzi insanlarda ona qarşı xüsusi həssaslıq mövcuddur”.

    Həkim qeyd edib ki, bu həssaslıq qarın ağrısı, həzm pozğunluqları və ya baş ağrısına səbəb ola bilər. Həmçinin yüksək kofeinli çay qan təzyiqinin yüksəlməsinə və taxikardiyaya gətirib çıxara bilər.

    Günün ikinci yarısında və axşam saatlarında çay içməkdən çəkinmək, yeməkdən dərhal sonra yox, yeməklər arasında içmək və çayı çox tünd etməmək tövsiyə olunur.

    #LeqalAz #Çay #Sağlamlıq #Həkim

    PAYLAŞ:

    Oxşar xəbərlər