Rayon rəhbəri Hampa dağından Givəru çayına yağış sularının axıdılması üçün qazılmış, ümumi uzunluğu 380 metr olan kanala baxış keçirərək görülən işlərin gedişi ilə maraqlanıb.
Əraziyə baxış zamanı bildirilib ki, kanalın qazılması güclü yağıntılar zamanı dağ yamaclarından gələn suların təhlükəsiz şəkildə Givəru çayına yönəldilməsinə, ətraf ərazilərdə su yığılmasının və subasma hallarının qarşısının alınmasına xidmət edəcək.
