Azərbaycan Texniki Universitetinin Maşınqayırma və metallurgiya fakültəsinin “Maşın dizaynı, mexatronika və sənaye texnologiyaları” kafedrasının əməkdaşları tərəfindən icra edilən “Süni İntellekt Dəstəkli Mobil Robot Layihəsi: Kranlarda Korroziyanın Aşkarlanması” mövzusunda qrant layihəsi (№ AzTU-DQL-2025-M01/94284111) ilə bağlı seminar keçirilmişdir.
Seminarda qrant layihəsi çərçivəsində əldə edilmiş ilkin elmi və praktiki nəticələr müzakirə edilmişdir.
Layihə üzrə aparılan tədqiqat və təcrübə işləri uğurla davam etdirilir. Cari rübdə körpülü kranların metal konstruksiyalarında korroziya və digər qüsur zonalarının aşkarlanması məqsədilə mobil robotun ilkin prototipi hazırlanmışdır. Prototipin SOCAR “Neftqaztikinti” Trestində real körpülü kranın polad tiri üzərində sənaye şəraitində ilkin sınaqları aparılmış, testlər zamanı aşkarlanan mexaniki çatışmazlıqlar təhlil edilərək motor və maqnit sistemi üzrə təkmilləşdirmələr həyata keçirilmişdir.
Layihə çərçivəsində aparılan elmi tədqiqatların nəticələri artıq elmi nəşrlərdə və elmi tədbirlərdə də öz əksini tapmağa başlamışdır. Belə ki, layihə əsasında hazırlanmış iki elmi məqalə Scopus bazasında indeksləşən nüfuzlu beynəlxalq elmi jurnallarda nəşr olunmaq üçün təqdim edilmişdir. Eyni zamanda, layihənin əldə edilmiş ilkin elmi nəticələri beynəlxalq elmi konfransda məruzə olunaraq elmi ictimaiyyətə təqdim edilmişdir. Hazırda layihənin nəticələrinə əsaslanan üçüncü elmi məqalə üzərində tədqiqat və yazı işləri davam etdirilir.
Növbəti mərhələlərdə layihə çərçivəsində əldə olunan nəticələrin daha da təkmilləşdirilməsi, yeni texnoloji həllərin hazırlanması və tətbiqi istiqamətində işlərin genişləndirilməsi nəzərdə tutulur.
Qrant layihəsinin iştirakçıları:
• İsa Xəlilov Əli oğlu – “Maşın dizaynı, mexatronika və sənaye texnologiyaları” kafedrasının müdiri, professor (Layihə rəhbəri)
• Bəyalı Əhmədov Bəhcət oğlu – “Maşın dizaynı, mexatronika və sənaye texnologiyaları” kafedrasının professoru (icraçı)
• Əli Səfərli Niyazi oğlu – “Maşın dizaynı, mexatronika və sənaye texnologiyaları” kafedrasının doktorantı
• Anar Hacıyev Babaqədir oğlu – “Maşın dizaynı, mexatronika və sənaye texnologiyaları” kafedrasının baş müəllimi
• İlkin Əliyev İdris oğlu – “Maşın dizaynı, mexatronika və sənaye texnologiyaları” kafedrasının assistenti
• Fərhad Yusifov Firudin oğlu – ETN İnformasiya Texnologiyaları İnstitutunun dosenti













