Rayon rəhbəri Molalan kəndində şəhid ailəsini ziyarət edib

Rayon rəhbəri Molalan kəndində şəhid ailəsini ziyarət edib
  • Cəmiyyət

  • Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Molalan kəndinə səfəri çərçivəsində Birinci Qarabağ Müharibəsi şəhidi Rəsulov Teymur Vəliağa oğlunun ailəsini ziyarət edib.

    Ziyarətdə rayon rəhbəri ilə yanaşı, başçının birinci müavini Tohid Hüseynov, başçının müavini Adəm Məhərrəmov, aparatın sektor müdirləri Nahid Həsənov, Qəşəm Hadıyev, 47 saylı Yol İstismarı MMC-nin direktoru Mahmud Bağırov, Mahmudavar kənd ərazi nümayəndəliyi və Mahmudavar bələdiyyəsi iştirak etmiş, rayon rəhbəri şəhid ailəsinin qayğıları ilə maraqlanmışdır.

    Şəhidin ailə üzvləri göstərilən onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.


    PAYLAŞ:

    Oxşar xəbərlər